Reklam verin!
Azərbaycan dilində ən çox ziyaratçısı olan sayta sizin dəstəyiniz lazimdir!

Cavabsız suallar - I

Bir neçə gün bundan qabaq blogçu dostlardan olan Tural Babayevin blogunda oxuduğum çox maraqlı bir yazı vardı. Bu yazını oxuyanda yadıma düşdü ki, vaxtilə buna bənzər bir yazı da mən yazmışam. İndi o yazını sizinlə təkrar bölüşmək istəyirəm. O yazıya görə isə Turala bir daha təşəkkür edirəm. 

Hər vaxtınız xeyir, dəyərli blog ziyarətçiləri. Bu gün bir xeyli düşünəndən sonra qərara gəldim ki, bəlkə bir yazı da mən yazım. Niyə də yazmayım axı? Bəs, nədən yazım? Bax, bu sual ətrafında bir xeyli düşündüm. Sonra fikirləşdim ki, bəlkə blogda keçirdiyim sorğunun nəticələri haqqında yazım. Nə yazım, kimi tənqid edim? Gənclərin düşündüklərinin belə olmasının səbəbi nədir? Onların düşüncələrində dəyişikliyə nail olmaq üçün nə etmək lazımdır? Bütün bu suallar məni düşündürdü... Elə indi də düşünürəm. Amma hələ ki, bir cavab tapa bilməmişəm.

Davamı...

Referenduma çıxarılan maddələr / 8 /

125-ci maddə

Mövcud variant

Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi

I. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər.

II. Məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər.

III. Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.

IV. Cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğu və müdafiə tərəfi iştirak edir.

V. Məhkəmə quruluşu və məhkəmə icraatı qaydası qanunla müəyyən olunur.

VI. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması qadağandır.

Davamı...

İlaxır çərşənbələr

Novruza qədərki hər bir çərşənbə təbiətin bir ünsürü ilə əlaqələndirilirdi. Əcdadlarımızın ilkin təsəvvürlərində İlaxır çərşənbələr və ya ilin axır çərşənbələri yaranıb müqəddəsləşmişdi. Qədim inamlara görə, hər birində təbiətin dörd ünsüründən biri "dirilmiş" bu çərşənbələrlə bağlı xalq böyük el şənliyi və mərasimlər düzəldirdi və indiyə qədər də bu mərasimlər ümumxalq şənliyi kimi qeyd olunur.

Ayrı-ayrılıqda "Su çərşənbəsi", "Od çərşənbəsi", "Yel çərşənbəsi" və "Torpaq çərşənbəsi" adlandırılan "İlaxır çərşənbələr" insanları məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, halalığa, dostluğun, qardaşlığın sarsılmaz gücünün qüdrətinə inanmağa çağırırdı.

Davamı...

Referenduma çıxarılan maddələr / 7 /

101-ci maddə

Mövcud variant

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

V. Heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilə bilməz.

Təklif olunan variant

Maddə 101. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

V. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Davamı...

KHOJALY MASSACRE

Over the night from February 25 to 26, 1992 Armenian armed forces implemented the capture of the Khojali city with support of hard equipment and the personnel of the infantry guards regiment # 366 of former Soviet Union. 

Davamı...

Khojali tragedy


  Yazıların cəmi: 436    Sonrakı səhifə »

Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  referendum-18-mart  müsabiqə  seçki  bəxtiyar  hacıyev  azərbaycan-respublikasının-konstitusiyasına-dəyişikliklər  turkey  ümumxalq-səsverməsi  faciə  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  azeriblog  sual  20  youth  şəhidlər  soyqırım  xocalı  prezident  abş  azercell  bakı  osmanlı  allah  əliyev  terror  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azerbaijan  mənəviyyat  dəstək 

Müxtəlif

Blogroll