Reklam verin!

Meyvə suları hər zaman faydalı deyil

meyvələr
Xərçəng, ürək damar, yüksək təzyiq dərmanlarıyla bəzi antibiotikləri meyvə sularıyla içiləndə təsiri aşağı düşür. Ekspertlər xüsusilə orqan nəqlindən sonra bunun edilməməsi üçün xəbərdarlıq edir.

Alma və portağal suyunun bəzi dərmanların təsirini azalda bildiyi, bu səbəblə təhlükəli nəticələr doğura biləcəyi bildirildi.

Kanadalı elm adamlarının etdiyi araşdırma, portağal  və alma suyu ilə içilən xərçəng, ürək damar, yüksək təzyiq dərmanları ilə bəzi antibiotiklərin təsirinin böyük nisbətdə azala biləcəyini göstərdi. Kanadanın Western Ontario Universitetindən David Bailey və qrupu, əvvəl meyvə sularının təsirlərini allergiya dərmanı istifadə edən sağlam bir qrup üzərində araşdırdı.

İştirakçıların bəziləri feksofenadin dərmanını suyla, digərləri isə  meyvə suyu ilə içdi. Meyvə suyu ilə içilən dərman yarı dozada, suyla içilən dərmansa tamamilə bədən tərəfindən əmildi. Edilən klinika təcrübə meyvədə olan narinjin maddəsinin bu dərmanların bədən tərəfindən əmilməsinə maneə törətdiyini, bundan başqa meyvə suyunun xolesterol dərmanları kimi dərmanların əmilməsini təmin edən CYP3A4 fermentinə maneə törədərək təsiri azaltdığını və hətta dərmanı zəhərli hala gətirə biləcəyini göstərdi. Araşdırmaçılar, xərçəng, ürək-damar xəstəlikləri, infeksiyalar və orqan nəqlindən sonra bədənin orqanı rədd etməməsi üçün içilən dərmanlarla bu meyvə sularının içilməməsinin vacibliyini vurğuladı.

Baileyin təxminən 20 il əvvəl etdiyi araşdırma,  suyu içmənin ya da meyvənin özünü yemənin yüksək təzyiq dərmanı felodipinin əlavə təsirlərini təhlükəli şəkildə artıra biləcəyini ortaya qoymuşdu. Başqa araşdırmalar da təxminən 50 dərmanın meyvə suyu ilə içildiyində oxşar nəticələr doğura biləcəyini göstərmişdi. Bu gün bu 50-yə qədər dərmanın üzərində meyvə suyunun təhlükəli təsirinə qarşı xəbərdarlıq var. Klinikada aparılan təcrübənin nəticələri, "Amerikan Kimya Cəmiyyəti"nin Filadelfiyadakı konfransında təqdim edildi.


1
Şəbnəm yazıb:

Dərmanlarla birlikdə bəlkə də belə ola bilər. Amma, dərmansız filan meyvələr və meyvə suları öz qədərində olsa məncə çox faydalıdır. Vitamindir axı...

Sentyabr 2, 2008 13:53


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Bölmələr

Arxiv

Əvvəlki yazılar

Açar sözlər

azərbaycan  irəli  gənclər  euro2008  müsabiqə  bəxtiyar  hacıyev  turkey  faciə  şəhidlər  vətənpərvərlik  yanvar  cavab  bizim  müsahibə  qonaq  genocide  sual  20  youth  allah  soyqırım  xocalı  prezident  abş  azeriblog  azercell  bakı  osmanlı  mənəviyyat  əliyev  terror  türkiyə  ilham  allahın-varlığı  tragedy  football  mobil  eurovision  ceyhun  usa  milli  championship  azerbaijan  novruz  maraqlı  hərbi  switzerland  blog 

Müxtəlif