Ağıl dərk etmək və qərar vermək üçün vasitədir
Anlamaq, idrak etmək mənalarına gələn ağıl eyni zamanda zahiri əlamətlərlə idrak edilməyən əşya və hadisələri qavrayıb dəyərləndirə bilən ilahi bir nurdur.
Ağlı maddədən tamamilə fərqlənən, ancaq maddə ilə ciddi bir münasibəti olan bir cövhərə bənzədənlər, hətta onu “mən” adlandıranlar da var. Bundan başqa, ağlın insan bədənində ruha bağlı bir lətifə olduğunu iddia edənlər də az deyil. Ağla tərif verənlər arasında onu haqqı batildən, yaxşını pisdən, gözəli çirkindən ayıran ilahi cövhərə bənzədənlərə də rast gəlinir.
Ağıl kəlməsi nəfs və zehin sözləri ilə sinonim mənasında istifadə olunsa da, funksiya baxımından fərqli xüsusiyyətlərə malikdir. Yəni o, mücərrəd və nurani cövhər olması baxımından “ağıl”, ortaya qoyduğu fəaliyyət baxımından “nəfs” və əxz etmək imkanları baxımından isə “zehin” adlandırılır.



